"Bu gün biz 1992-ci ildə Xocalıda həlak olanların xatirəsini dərin ehtiramla yad edən Azərbaycan xalqına qoşuluruq".
Bu, ABŞ-ın Azərbaycandakı səfirliyi Xocalı faciəsinin ildönümü ilə bağlı paylaşımda qeyd edilib.
"ABŞ Səfirliyi adından həlak olanların ailələrinə və yaxınlarına ən səmimi və dərin hüznlə başsağlığı veririk. Qurbanların xatirəsini anarkən insan ləyaqətinin qorunmasının, mərhəmətin və gələcək nəsillər naminə davamlı sülhün qurulmasının vacibliyini bir daha xatırlayırıq", - səfirlikdən bildirilib.
.
