ABŞ-ın Bağdaddakı səfirliyi İraqa səfərlə bağlı xəbərdarlığını yeniləyib.

Səfirlik ABŞ vətəndaşlarını İraqa səfər etməməyə və orada olan vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb.

Eyni zamanda, səfirlik İranla əlaqəli silahlı qrupların ABŞ vətəndaşlarına və Vaşinqtonun maraqlarına qarşı yeni hücumlar planlaşdırdığını bəyan edib.

“İraq hökuməti ilə əlaqəli bəzi elementlər terrorçu qruplara siyasi, maliyyə və əməliyyat baxımından fəal şəkildə dəstək verməyə davam edir”, - səfirliyin məlumatında deyilir.

.