Münaqişənin həll yolunun tapılması ilə bağlı yekun qərar Ukraynanındır. ABŞ hər zaman bunu bildirib.

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger brifinqdə deyib.

Diplomat bəyan edib ki, ABŞ Ukraynanın öz ərazi bütövlüyünü qoruması üçün dəstəyini davam etdirəcək.

O qeyd edib ki, ABŞ Azərbaycanın Ukraynanın müstəqilliyinə və ərazi bütövlüyünə dəstəyini yüksək qiymətləndirir, eyni zamanda, Azərbaycanın göstərdiyi humanitar yardımı təqdir edir.

Səfir vurğulayıb ki, Azərbaycan da münaqişədən əziyyət çəkib və bu problemi yaxşı anlayır.

“Azərbaycan dünyanın digər ölkələri kimi, Ukrayna ilə həmrəydir”, - diplomat əlavə edib

ABŞ səfiri qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin öz hərbi ambisiyaları naminə ölkələrin sərhədlərinə hörmət etməyə bilər. Lakin səfir bildirib ki, xoşbəxtlikdən Azərbaycanın Rusiya ilə normal əlaqələri var və bu çox vacibdir.

“Ancaq Rusiya gözlənilməz hərəkət edə bilər. Biz bunu Ukraynada gördük. Ukraynada üzləşdikləri Rusiyanın gələcək addımlarına təsir edə bilər. Biz Baltik regionunda vəziyyəti görürük. İsveç və Finlandiya NATO-ya qoşulmaq istəyir. ABŞ bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir və əgər bu regiondakı ölkələrin müstəqilliyinə, ərazi bütövlüyünə təhdid olarsa, ABŞ lazımi addımlar atacaq”, - səfir diqqətə çatdırıb.

ABŞ Azərbaycanla əməkdaşlığı gücləndirəcək

ABŞ-ın Azərbaycanla ikitərəfli əlaqələri ən yüksək səviyyədədir.

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger brifinqdə deyib.

Diplomat qeyd edib ki, ölkələr arasında təmaslar yüksək səviyyədə davam edir.

ABŞ səfiri vurğulayıb ki, bu təmasları davam etdiriləcək, gücləndiriləcək.

“Həm davamlı sülhün əldə olunması, həm də yerdə qalan digər məsələlərin həlli üçün tərəflər əməkdaşlıq etməyə davam edəcək”, - Li Litzenberger əlavə edib.

Litzenberger: “İran nüvə silahının əldə olunması üçün fəaliyyətini davam etdirir”

İranın nüvə ambisiyalarının yoxlanılmasını istəyirik.

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger brifinqdə deyib.

“Biz dialoqun davam etdirilməsini, Hərtərəfli Birgə Fəaliyyət Planı ilə bağlı razılaşmanın əldə olunmasını istəyirik. Ancaq təəssüf ki, İran nüvə silahının əldə olunması istiqamətində fəaliyyətini davam etdirir. Bu, həm qlobal ictimaiyyət, həm bizim, həm də region üçün qəbuledilməzdir”, - diplomat vurğulayıb.

.