Əhəmiyyətli Günəş və külək enerjisi potensialına malik Azərbaycan karbohidrogen sektorunda dayanıqlı inkişaf və emissiyaların azaldılması sahəsində liderliyini nümayiş etdirir.
Bunu ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi COP29-da təmsil etdiyi ölkəyə məxsus pavilyonun açılış mərasimində deyib.
Diplomat Azərbaycanın COP29 iqlim konfransının uğurlu təşkilində göstərdiyi səyləri alqışlayıb.
"Biz iki həftə məhsuldar və ruhlandırıcı danışıqlar gözləyirik. Mən COP29-da ABŞ nümayəndə heyətinə, Azərbaycan sədrliyinə və bütün iştirakçılara uğurlar arzulayıram! - səfir söyləyib.
.