“Biz Rusiyanın ABŞ-la danışıqlara ehtiyacı olduğunu görmürük”.

Bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Andrea Kalan “Ukraina 24”ə müsahibəsində bildirib.

O bildirib ki, ABŞ Rusiyanın gərginliyi azaltmasını, Ukraynadan qoşunlarını çıxarmasını istəyir: "ABŞ Rusiya ilə danışıqlar aparmaq üçün bunları görmək istəyir. Ancaq Rusiya indi təcavüz, işğal nümayiş etdirir”.

A.Kalanın sözlərinə görə, ABŞ Ukraynanın özünü müdafiə edə bilməsi, Rusiya vətəndaşlarının regiondakı vəziyyətlə bağlı tam informasiya əldə etməsi üçün bütün imkanlardan istifadə edir.

.