Rusiyanın ABŞ-nin uzaqmənzilli raketlərinin Avropada yerləşdirilməsinə cavab vermək üçün kifayət qədər potensialı var.

 Rusiya KİV-i xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, bu qarşıdurmada potensial qurbanlar Avropa paytaxtları olacaq.

Qeyd edək ki, Almaniya kansleri Olaf Şolts Yaponiyanın Baş naziri Fumio Kişida ilə birgə mətbuat konfransında bildirib ki, Almaniya ərazisində yeni Amerika raketlərinin yerləşdirilməsi planları Rusiya ilə gərginliyə səbəb olmayacaq.

Kansler qeyd edib ki, silah çəkindirici funksiyanı yerinə yetirir və əvvəldən arxa cəbhənin təhlükəsizliyinin qorunması üçün nəzərdə tutulub.

.