ABŞ "İslam Dövləti" terror qruplaşmasına qarşı beynəlxalq koalisiyanın tərkibində xidmət etmiş hərbçilərin bir qismini İraqdan çıxarmağa razılıq verib.
Bu barədə “The National” nəşri mənbələrə istinadən yazır.
İraq hökumətinə yaxın mənbələr bildirib ki, Bağdad və Vaşinqton koalisiyanın tərkibində olan bəzi ABŞ qoşunlarının çıxarılmasına başlanması barədə razılığa gəlib.
Bununla yanaşı, iyulun 22-si və 23-də Vaşinqtonda Pentaqon rəhbəri Lloyd Ostin və İraqın müdafiə naziri Tabeta əl-Abbasinin iştirakı ilə danışıqlar keçirilib.
Danışıqlarda koalisiyasının fəaliyyətinin başa çatması və Bağdadın İraqda hərbi mövcudluğunu saxlayan ölkələrlə yeni ikitərəfli tərəfdaşlıq qurması məsələsi müzakirə olunub.
“Tərəflər bu razılaşmanın final mərhələsindədir”, - deyə İraq parlamentinin üzvü Cavad əl-Bulani “The National” nəşrinə bildirib.
Hazırda İraqda 2500 ABŞ hərbçisi var.
.