ABŞ hakimiyyəti mayın 3-də Dağlıq Qarabağda keçiriləcək "parlament seçkiləri”ni tanımağa hazırlaşmır.
"RİA Novosti" bildirir ki, bunu ABŞ-ın xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Ceff Ratke deyib.
"ABŞ Dağlıq Qarabağı müstəqil suveren dövlət kimi tanımır. Bununla əlaqədar olaraq biz 3 may "seçkiləri"nin nəticələrini tanımayacağıq”, - deyə Ceff Ratke xüsusi vurğulayıb.
Qeyd edək ki, Avropa İttifaqı və ATƏT-in Minsk Qrupu da Dağlıq Qarabağda keçiriləcək "seçkiləri” tanımayacaqlarını bəyan ediblər

.