ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Moskvada Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə beynəlxalq təhlükəsizlik məsələlərini və iki ölkə arasında bu istiqamətdəki əməkdaşlığın yollarını müzakirə edir.

Rusiya KİV-i xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat katibi Evgeni Anoşin məlumat verib.

Onun sözlərinə görə, görüş qapalı keçirilir.

Xatırladaq ki, C.Bolton oktyabrın 24-də Azərbaycana gələcək.
.