ABŞ Prezidenti Donald Tramp İranla razılaşmanın imzalanacağına inanır.
O, bu barədə CNBC-yə müsahibəsində deyib.
“Düşünürəm ki, ABŞ İranla çox gözəl bir razılaşma əldə edəcək. Məncə, onların başqa seçimi yoxdur. Onların donanmasını, Hərbi Hava Qüvvələrini, liderlərini aradan götürmüşük”, - Tramp bildirib.
O, İranın hazırkı liderlərini daha rasional hesab etdiyini vurğulayıb: “Bu, rejim dəyişikliyidir, fərqi yoxdur siz bunu necə adlandırmaq istəyirsiniz”.
O, İranda rejimi dəyişdirəcəyinə dair vəd vermədiyini desə də, dolayı yolla buna nail olduğunu iddia edib.
Tramp İranla atəşkəsi uzatmaq istəmədiyini bildirib
ABŞ Prezidenti Donald Tramp İranla atəşkəsi uzatmaq istəmədiyini bildirib.
Tramp bunu CNBC-yə müsahibəsində deyib.
O qeyd edib ki, ABŞ öz hərbi gücünü tamamilə bərpa edib və atəşkəsdən əvvəlki dövrlə müqayisədə daha güclüdür: “Biz atəşkəsdən gücümüzü yeniləmək üçün istifadə etdik. Onlar (İran) isə çox güman az həcmdə öz güclərini yeniləyiblər”.
.
