ABŞ ordusu Nigerin şimalında yerləşən Aqades şəhərindəki aviabazadan çıxarılıb.
Xarici KİV xəbər verir ki, bu barədə hər iki ölkənin Silahlı Qüvvələrinin birgə bəyanatında deyilir.
"ABŞ Müdafiə Nazirliyi ilə Niger Milli Müdafiə Nazirliyi ABŞ qüvvələrinin və hərbi texnikanın Aqadesdəki 201-ci bazadan çıxarılmasının başa çatdığını elan edib", - bəyanatda bildirilib.
İyulun əvvəlində ABŞ ordusu Nigerin paytaxtı Niameydəki bazanı tərk edib.
.