ABŞ Ordusu İranln Hörmüz boğazı yaxınlığındakı Sirik, Hacıabad və Bəndər Abbas şəhərlərinə zərbə endirib.

“Fars” Agentliyinin xəbərinə görə, gecə saat 01.30 radələrində Sirik ətrafında bir məkana zərbə endirilib.

Artıq xilasedicilər həmin yerdə xilasetmə əməliyyatına başlayıb.

“Tasnim” yazıb ki, gecə saat 02.10 radələrində ABŞ Ordusu tərəfindən Hacıabad yaxınlarına zərbə endirilib. Zərbə nəticəsində ölən və yaralananlar barədə məlumat açıqlanmayıb.

İranın Bəndər Abbas şəhərində də partlayış səsləri eşidilib.

.