Minskdə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə iki ölkə arasında münasibətlərin nizamlanması məsələlərini müzakirə etdik.

Belarus KİV-i xəbər verir ki, bu barədə Con Koul görüşlərin yekunları ilə bağlı məlumat verərkən verib.

Onun sözlərinə görə, A.Lukaşenko ilə danışıqlar çox məhsuldar olub.

"Çox yaxşı söhbətimiz oldu. Gələcək, ABŞ və Belarusun yaxınlaşması və münasibətləri nizamlaması haqqında danışdıq. Bu bizim məqsədimizdir. Sanksiyaları götürürük, məhbusları azad edirik. Biz daim əlaqədəyik", - deyə C.Koul qeyd edib.

O bildirib ki, Ukrayna müharibəsi də müzakirə olunub:

Aleksandr Lukaşenko Ukraynada münaqişənin həlli ilə bağlı məsləhətlər verir. Bunlar yaxşı məsləhətlərdir. Onun Rusiya Prezidenti Vladimir Putinlə münasibətlərinin tarixi var. Bu, hazırki vəziyyətdə çox faydalıdır. Onlar uzun müddətdir dostdurlar və bu cür məsələləri müzakirə etmək üçün lazımi münasibət səviyyəsinə malikdirlər", - Con Koul deyib.

.