ABŞ-nin İran məsələləri üzrə xüsusi nümayəndəsinin müavini Abram Peyli Azərbaycana səfər edib.

Səfər zamanı diplomat Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, xarici işlər nazirinin müavini Samir Şərifov, Azərbaycanın İrandakı səfiri Əli Əlizadə ilə görüşüb.

Abram Paley Bakıda İsrail səfiri Corc Dik ilə də görüşüb.

Görüşlərdə İran, sanksiyaların tətbiqi və regionla bağlı müzakirələr aparılıb.

.