Brüsseldə Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclası keçirilir.
İclasa sədrlik edən ABŞ müdafiə naziri Lloyd Ostin çıxış edib.
ABŞ müdafiə naziri çıxışının əvvəlində Türkiyə və Suriyadakı dağıdıcı zəlzələnin itkiləri ilə bağlı başsağlığı verib. ABŞ müdafiə naziri vurğulayıb ki, onun ölkəsi Türkiyəyə dəstək göndərib.
Daha sonra o, Rusiyanın Ukraynaya elan etdiyi müharibənin bir ilinin tamam olduğunu xatırladıb.
“Putinin başlatdığı bu müharibə dünya üçün bir test olub. Müttəfiqlərimiz hərəkətə keçib, qətiyyətli mövqe sərgiləyib. Biz Ukraynaya söz verdiyimiz hərbi dəstəyi veririk.
Kiyev təslim olmadı, Ukraynanın dostları yorulmadı. Ukrayna hərbçiləri Xersonu azad etdilər.
Müttəfiqlərimiz, digər ölkələr Ukraynanın öz ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini qorumasına yardım etmək üçün onun yardımına tələsdilər.
.
