"Dağlıq Qarabağda hərbi əməliyyatlar yenidən başlaya bilər".

Bu barədə ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri Daniel Koutsun Senatının Kəşfiyyat Komitəsinə təqdim olunan hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, 2016-cı ilin aprel ayında Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağla bağlı yenidən gərginlik yaşanıb: "Bundan başqa, tərəflərin qarşılıqlı güzəştlərdən imtina etməsi, eləcə də daxili təzyiqlər 2017-ci ildə irimiqyaslı hərbi əməliyyatların təkrarlana biləcəyini göstərir".(Report)

.