Rusiya xarici işlər naziri Sergey Lavrov və ölkənin nümayəndə heyətinin bir sıra üzvlərinə BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmələri üçün ABŞ vizası verilib.

TASS xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyi açıqlayıb.

“Bu gün Lavrov və onu müşayiət edən bir sıra şəxslərə viza verilib”, - xəbərdə deyilir.

.