ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi iyulun 26-da prezident Donald Trampı pandemiya ilə mübarizəyə yanaşmasına görə tənqid edib.

TASS verdiyi məlumata görə, Pelosi bu barədə CBS telekanalının efirində bildirib.

O, Trampın pandemiyanın ilk günlərindən vəziyyəti daha da ağırlaşdırdığını deyib.

Spiker ABŞ liderinə yeni ləqəb verməyi təklif edib: “Onun üçün yeni bir ad irəli sürə bilərəm – “Vəziyyəti daha da pisləşdirən cənab””.

Qeyd edək ki, Cons Hopkins Universitetinin son məlumatına görə, ABŞ-da 4,99 milyondan çox koronavirusa yoluxma qeydə alınıb, 146 mindən çox insan ölüb.

.