ABŞ Konqresi Ankaranın Rusiya istehsalı olan "S-400” zenit-raket kompleksləri əldə etmək qərarına görə "F-35” beşinci nəsil qırıcı təyyarələrini Türkiyəyə tədarükünü dondurub.
"The Washington Times” verdiyi xəbərə görə, müvafiq düzəliş ABŞ-ın 2019-cu il üçün müdafiə büdcəsinin sonuncu variantına edilib.
Dəyişiklik Konqresin hər iki palatasında təsdiqlənib.
Pentaqon tədarükün ləğvinin mümkün fəsadlarını təhlil etdikdən sonra "F-35”lərə dair yekun qərar veriləcək.
.
