ABŞ İsveç və Finlandiyanı tezliklə NATO-nun üzvü kimi görməyə ümid edir.
Bunu ABŞ-ın NATO-dakı səfiri Culianna Smit xarici jurnalistlər üçün keçirdiyi onlayn brifinqdə deyib.
O bildirib ki, yalnız ABŞ deyil, digər müttəfiq ölkələr də İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə tam dəstəklərini ifadə edirlər.
"NATO Baş katibinin də artıq dediyi kimi bu iki ölkənin üzv olması istiqamətində proses çox sürətli gedib, 30 üzvdən artıq 28-i onların üzvlüyünü ratifikasiya edib. Biz digər iki ölkə - Türkiyə və Macarıstanla da yaxından işləyirik. Biz İsveç və Finlandiyanın üzvlüyü ilə bağlı dəstəyimizi bəyan etmişik və bu iki ölkənin NATO-ya tezliklə üzv olmasına ümid edir və bunu görmək istəyirik".
ABŞ-ın NATO-dakı səfiri: Alyansa qarşı hər hansı təhdid görmürük
Hazırda NATO ərazisinə qarşı hər hansı təhdid görmürük.
Bunu ABŞ-ın NATO-dakı səfiri Culianna Smit xarici jurnalistlər üçün keçirdiyi onlayn brifinqdə deyib.
O bildirib ki, Moldova hökuməti müəyyən raketin (Rusiya məxsus raket - red.) ölkənin hava məkanından keçdiyini təsdiqləyib.
"Lakin hazırda biz NATO ərazisinə qarşı hər hansı təhdid görmürük. NATO Rusiyaya mesajında açıq şəkildə bildirib ki, biz NATO ərazilərinin hər bir qarışını qoruyacağıq. Buna görə də müharibə başladıqdan dərhal sonra şərq qanadındakı müttəfiqlərimizin təhlükəsizliyinə əmin olmaq və bunu təmin etmək üçün bir NATO müttəfiqləri Şərqi və Mərkəzi Avropaya daha çox hərbi qüvvələr göndərir", - ABŞ diplomatı qeyd edib.
Xatırladaq ki, bir neçə gün əvvəl Rusiyanın Ukraynaya qarşı atdığı raket Moldovanın hava məkanını pozub. Lakin Ukrayna mediası bəyan edib ki, Rusiya raketi Rumıniyanın da hava məkanını pozub, ancaq Rumıniya hökuməti bu məlumatı təkzib edib.
ABŞ diplomatı vurğulayıb ki, İsveç və Finlandiya üzv olmamışdan qabaq belə alyansa böyük töhfələr verir. "İsveç və Finlandiya NATO missiyalarında iştirak edir, təlimlərə qatılır. Bizim ümumi təhlükəsizliyimizə töhfə verir. Üzv olduqdan sonra onlar öz təcrübələrini alyansa gətirəcəklər".
.
