ABŞ rəhbərliyi, terror təşkilatı İŞİD-in 4 liderinin yeri haqqında məlumat verən şəxslərə ümumilikdə 20 milyon dollara qədər mükafat vəd edir.
"Ədalət Üçün Mükafat" proqramı çərçivəsində İŞİD liderlərindən Abdulrahman Mustafa əl Kadulinin yeri haqda məlumat verən şəxsə 7 milyon dollar, Əbu Məhəmməd əl Adnani və Tarkan Tayumurazoviç Batiraşvili haqda məlumat verən şəxsə 5 milyon dollar, Tarik Bin əl Taharın yerini deyən şəxsə isə 3 milyon dollar mükafat vəd edilir.

.