ABŞ hökuməti İraqın Bəsrə şəhərindəki konsulluğunu bağlamaq qərarına gəlib.

Bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Hizer Noyert deyib.

"Dövlət katibi Mayk Pompeo əməkdaşların Bəsrədəki konsulluğu tərk etməsi barədə sərəncam verib", — deyə o əlavə edib.

Noyert həmçinin qeyd edib ki, ABŞ-ın Bağdaddakı səfirliyi Bəsrə və onun ətrafında olanlara konsulluq xidməti göstərəcək.
.