İranın danışıqlarda oynadığı rolu çox yüksək qiymətləndiririk. İranla danışıqlar düzgün yoldadır.

Bu barədə ABŞ vitse-prezidenti J.D. Vens bildirib.

"Danışıqlar qaydasındadır. Sadəcə biz nüvə məsələsində İrana güzəşt etsək bu Yaxın Şərq regionunda damino effekti yaradaraq, təhlükəli nəticələrə səbəb ola bilər. İranın danışıqlarda oynadığı rolu çox yüksək qiymətləndiririk, amma bu danışıqlar İranın tam olaraq öz nüvə proqramını ləğv etməsi ilə başa çatmalıdır. Düzdü onların mülki nüvə enerjisindən istifadə haqqları ola bilər. Amma sual budur ki, hansı rejimin mülki nüvə proqramı var amma nüvə silahı yoxdur. Cavab "yox"dur. Bizim nüvə enerjis ilə problemimiz yoxdur. Əsas məsələ nüva silahıdır", - o qeyd edib.

ABŞ vitse-prezidenti bildirib ki, İranı qlobal iqtisadiyyata yenidən inteqrasiya edəcək bir razılaşma mümkündür. O əlavə edib ki, İran dinc nüvə enerjisinə sahib ola bilər.

.