ABŞ İranla müharibə nəticəsində Amerika arsenalının tükənməsi səbəbindən Baltikyanı ölkələrə bəzi sursatların çatdırılmasını təxirə salıb.
Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Kristofer Smit Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə təsdiqləyib.
“Müəyyən növ sursatların tədarükü təxirə salınıb. Bu barədə Estoniya və Litva kimi müttəfiqlərimizə məlumat vermişik”, – deyə amerikalı diplomat bildirib.
O qeyd edib ki, konkret sursat növləri ilə bağlı detalları Pentaqon açıqlamalıdır.
.
