ABŞ prezidenti seçilmiş Donald Tramp dəniz piyada korpusunun istefada olan generalı Ceyms Mettisi Pentaqon rəhbəri postuna təyin etmək istədiyini elan edib. 

AzNews.az "CBC News”a istinadən xəbər verir ki, bu barədə Tramp tərəfdarları ilə seçkilərdən sonra keçirdiyi ilk görüşdə bildirib.

"Biz "quduz it” Mettisi müdafiə nazirimiz təyin etməyə hazırlaşırıq”, -deyə Tramp bəyan edib. 

Tramp "quduz it”i "ən böyük generallardan biri” kimi xarakterizə edib. Mettisin Pentaqon rəhbəri təyin olunmasını Tramp dekabrın 5-də rəsmən elan etməyə hazırlaşır.
.