ABŞ vitse-prezidenti Kamala Harris Cənub-Şərqi Asiya turuna başlamaq üçün Sinqapura gəlib.

Bu barədə “CNA” telekanalı məlumat verib.

ABŞ Xarici İşlər Nazirliyinin yaydığı açıqlamaya görə, Harris sabah Prezident Halima Yakob tərəfindən qəbul ediləcək.

Vitse-prezidentin Sinqapur dəniz bazasına daxil olan ABŞ Donanması gəmisi “USS Tulsa”-nı ziyarət etməsi gözlənilir. Sonra Hanoya uçacaq.

Vitse-prezidentin Sinqapur rəhbərliyi ilə iqtisadi canlanma, regional təhlükəsizlik problemləri də daxil olmaqla pandemiya ilə mübarizə məsələlərini müzakirə edəcəyi və Çinin Cənub-Şərqi Asiya və Cənubi Çin dənizindəki hərəkətlərini qiymətləndirəcəyi gözlənilir.

Harrisin bu səfəri, ABŞ-ın hazırkı rəhbərliyindən yüksək vəzifəli şəxsin bölgəyə ilk turu kimi qeyd edilir.

.