ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens İranla danışıqların müsbət keçəcəyinə inanır.
O, bu barədə İslamabada yola düşməzdən əvvəl hava limanında jurnalistlərə açıqlamasında deyib.
“Biz danışıqları səbirsizliklə gözləyirik. Düşünürəm ki, müsbət keçəcək”, - Vens bildirib.
O əlavə edib ki, İran “xoş niyyət”lə danışıqlar aparsa, ABŞ mütləq buna müsbət cavab verəcək.
“Amma bizim oyun oynamağa çalışsalar, qarşılarında çox da güzəştə getməyə hazır olmayan komandanı görəcəklər. Prezident bizə çox aydın göstərişlər verib, görək necə olacaq”, - Vitse-prezident qeyd edib.
.
