
ABŞ-ın Suriyanın şimal-şərqində Haseke vilayətində yerləşən hərbi bazası pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
“Al Mayadeen” telekanalı verdiyi xəbərə görə, Əl-Cebsa neft yatağı yaxınlığında yerləşən hərbi bazaya hücuma görə məsuliyyəti İraq İslam Müqaviməti Hərəkatı öz üzərinə götürüb.
Bundan əvvəl ABŞ-ın Suriyanın şimalında Əl-Omar neft yatağı yaxınlığında yerləşən iki hərbi bazası pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
Xatırladaq ki, ötən gün Pentaqon Suriyadakı ABŞ bazalarına hücuma cavab olaraq iki “F-16” təyyarəsi ilə İranın Suriyadakı bazalarına zərbə endirildiyini açıqlamışdı.
.