ABŞ-ın Rusiyadakı səfirliyi öz vətəndaşlarını Venesuelaya səfər etməməyə çağırıb.
Bu barədə TASS ABŞ səfirliyinin bəyanatına istinadən məlumat yayıb.
“Qanunsuz saxlanılma, həbs yerlərində işgəncə, terrorizm, adam oğurluğu, yerli qanunların özbaşına tətbiqi, cinayətkarlıq, vətəndaş iğtişaşları və zəif inkişaf etmiş səhiyyə infrastrukturu riski yüksək olduğuna görə Venesuelaya səfər etməyin və orada qalmayın”, bəyanatda bildirilib.
.
