Avqustun 28-dən etibarən ABŞ-ın ATƏT-in Minsk qrupunda yeni daimi həmsədri vəzifəsini Riçard Şofer icra edəcək.
Bunu ABŞ-ın ATƏT-in Minsk qrupunda müvəqqəti həmsədri Riçard Hoqland Vaşinqtonda bəyan edib.
Bundan əvvəl Riçard Şofer Vyanada beynəlxalq təşkilatlar yanında ABŞ-ın Missiyasında çalışıb. ABŞ dövlət katibinin Mərkəzi və Cənubi Asiya ölkələri üzrə müavininin sabiq baş köməkçisi Riçard Hoqland bu ilin yanvarından ABŞ-ın ATƏT-in Minsk qrupunda müvəqqəti həmsədri vəzifəsini icra edib.
.
