ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın addımlarını, apardığı seçki kampaniyasını dəstəkləmək Amerika cəmiyyətinə xas olan irqçiliyin göstəricisidir.

Modern.az saytının xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerikanın keçmiş prezidenti Cimmi Karter belə bəyanatla çıxış edib.
"Mən yaxşı bir şey görmürəm. Düşünürəm ki, çıxışlar və ona verilən dəstəklər son 2-3 ildə irqi məsələnin həll olunmadığını göstərdi. Donald Tramp ”,-deyə o bildirib.


Cimmi Karterin sözlərinə görə, belə tendensiya respublikaçıların Amerikanın ilk qaradərili prezidenti Barak Obamaya qarşı düşmənçiliyinin nümunəsidir.

O qeyd edib ki, Trampın müsəlmanların ABŞ-a buraxılmaması ilə bağlı etdiyi çağırışlar insan hüquqları prinsiplərini pozur.

Qeyd edək ki, Cimmi Karter 1977-1981-ci illərdə ABŞ-ın prezidenti olub.
.