Rusiya Müdafiə Nazirliyi ABŞ-ı Suriyada İŞİD terror təşkilatına birbaşa dəstək verməkdə ittiham edib.
Rusiya KİV-i xəbər verir ki, idarə ABŞ-ın terrorçulara dəstəyini göstərən fotofaktları dərc edib.
Müdafiə Nazirliyinin məlumatına görə, Amerika Əbu-Kamal qəsəbəsinin azad edilməsi zamanı oradan qaçan terrorçuların kolonunu bombalamaqdan imtina edib və Rusiyanın bunu etməsinə mane olub.
Həmçinin bildirilir ki, ABŞ-ın maraqlarının Yaxın Şərqdə müdafiə olunması üçün istifadə edilən İŞİD-in döyüş bacarığı yüksək olan dəstələrin sığınacağında Birləşmiş Ştatlar tərəfindən təchizatın sübutları əldə olunub.
.png)

