
Amerikanın Baltimor şəhərində (Merilend ştatı) nümayişçilər və hüquq-mühafizə orqanları əməkdaşları arasında baş vermiş qarşıdurmalar nəticəsində 15 polis xəsarət alıb. Bu barədə Daily Mail məlumat yayıb.
Oxu.Az xəbər verir ki, bir çox polis əməkdaşları sınıq xəsarətləri alıblar. İkisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Qeyd olunur ki, şəhərin mərkəzində bir neçə bina yanıb.
Baltimorda komendant saatı tətbiq edilib.
Qeyd edək ki, Baltimorda vəziyyət polis tərəfindən saxlanılandan sonra boyun fəqərələrinin sınması nəticəsində dünyasını dəyişmiş 25 yaşlı qaradərili Freddi Qreyin dəfn mərasimindən sonra kəskinləşib. Etiraz aksiyasında 2 minə yaxın insan iştirak edib.