"ABŞ Azərbaycan məhkəməsinin "Respublikaçı Alternativ" (ReAl) Partiyasının sədri İlqar Məmmədovun azadlığa buraxılması barədə qərarını alqışlayır”.
Virtualaz.org bildirir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Nauertin yaydığı bəyanatda belə deyilir.
"İlqar Məmmədovun məhkum olunması və beş ildən çox həbs edilməsi Azərbaycanda qanunun aliliyi ilə bağlı ciddi narahatlıqlara səbəb olmuşdu”, - deyə sənəddə daha sonra bildirilir.
Xatırladaq ki, Şəki Apellyasiya Məhkəməsi İlqar Məmmədovun cəzasının çəkilməmiş qalan hissəsini, ölkəni tərk etməməklə, şərti cəza ilə əvəz etmək barədə qərar qəbul edib.
.
