ABŞ tezliklə ya Hörmüz boğazında hərbi əməliyyatları bərpa edə, ya da İrana qarşı daha ciddi tədbirlər görə bilər.

Bunu ABŞ prezidenti Donald Tramp “CBS News”-a müsahibəsiz amanı deyib.

Hörmüz boğazının faktiki nəzarətinin Tehranın əlindəki yeganə silah olduğunu irəli sürən Tramp sözlərinə belə davam edib:

"Biz boğazı açardıq. Mən sadəcə bunu etməmək üçün xahiş edən bəzi ölkələrə yaxşılıq edirdim. Yenə deyirəm biz onu açardıq. Amma biz asanlıqla buna qayıda bilərik", - Tramp deyib.

Vaşinqtonun İrana qarşı planı ilə bağlı suala isə Tramp – "Bilmirəm. Ya bu, ya da daha ciddi bir şey", - deyə cavab verib.

.