ABŞ koronavirusla mübarizə çərçivəsində Ermənistana 1,1 mln. ABŞ dolları məbləğində maliyyə vəsaiti ayıracaq.
"Novosti Armeniya” xəbər verir ki, məlumatı "Amerika erməni milli komitəsi" yayıb.
Bildirilib ki, bir müddət əvvəl ABŞ-ın dövlət katibi Maykl Pompeo koronavirusdan əziyyət çəkən ölkələrə 274 mln. ABŞ dolları ayıracaqlarını qeyd etmişdi. Bu maliyyə vəsaiti 64 ölkə arasında bölünəcək.
.
