ABŞ və onların müttəfiqləri dünyada yeni güc mərkəzlərinə hərbi-siyasi, iqtisadi və informasiya təzyiqini gücləndirir.
"RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda Şanxay Əməkdaşlıq Təşkilatının nümayəndələri ilə görüşündə Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.
Onun sözlərinə görə, Vaşinqton və onun müttəfiqləri təbliğatçılıq kampaniyalarından, həmçinin qarşıdurma, sanksiyalar və təxribat siyasətindən istifadə edir. Onun sözlərinə görə, indi güc balansı dəyişir və dünya nizamının yeni çoxqütblü modeli formalaşdırılır, həmçinin müstəqil xarici siyasət yürüdən ölkələrin sayı artır.
Patruşev qeyd edib ki, dünyanın siyasi sisteminin formalaşmasında Şanxay Əməkdaşlıq Təşkilatının strateji rolu artır.
.
