
"ABŞ Azərbaycanın enerji mənbələrinin diversifikasiyası səylərini və islam ekstremizminə qarşı mübarizəsini təqdirəlayiq hesab edir”.
Bu sözləri Bakı III Qlobal Forumunda "Avropa İttifaqı və qonşuluq siyasəti” mövzusunda panel müzakirəsində çıxışı zamanı ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisinin müavini David Merkel deyib.
D. Merkel bildirib ki, son vaxtlar ABŞ-ın beynəlxalq müstəvidə aktiv olmadığı və öz rifahını düşündüyü fikirləri səsləndirilir: "ABŞ çalışıb ki, özünü nümunə kimi aparsın, nəinki başqa ölkələrə istiqamət göstərsin. Hazırda daha çox Çinlə məşğul olmağa ehtiyac var. Asiya və Yaxın Şərq də bizim gələcək müzakirələrimizin bir hissəsi olacaq”.