Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan və ABŞ Dövlət katibinin köməkçisi Filip Riker arasında telefon danışığı olub.
 
APA-nın xəbərinə görə, bu barədə Ermənistan XİN "Twitter"də bildirib.

Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli perspektivlərini müzakirə ediblər.

Onlar, həmçinin, ikitərəfli əlaqələr, COVID-19-a qarşı mübarizə və digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

.