ABŞ dövlət katibi Antoni Blinkenin İsrailə səfəri başlayıb.

Yenizaman xəbər verir ki, o, Baş nazir Benyamin Netanyahu və digər rəsmi şəxslərlə görüşəcək.

Görüşlər zamanı HƏMAS-a qarşı mübarizənin və mülki əhalinin müdafiəsi istiqamətində lazım olan addımların atılması nəzərdə tutulur.

Bu, oktyabrın 7-də Yaxın Şərqdə müharibə başlayandan bəri Antoni Blinkenin İsrailə növbəti səfəridir. O, daha əvvəl oktyabrın 11-də İsraildə olub.

Qeyd edək ki, oktyabrın 7-də Yaxın Şərqdə İsraillə HƏMAS arasında müharibə başlayıb. İsrail Baş naziri Benyamin Netanyahu daha əvvəl müharibənin uzun çəkəcəyini və ölkəsinin qalib gələcəyi bildirib.

.