Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Entoni Blinken zəlzələdən zərər çəkmiş Hatay vilayətinə səfər ediblər.
“Anadolu” agentliyi verdiyi məlumata görə, türkiyəli nazir Adanadakı 10-cu “İncirlik” tank bazasının komandanlığına gələn amerikalı həmkarı ilə görüşüb.
Daha sonra Çavuşoğlu və Blinken Quru Qoşunları Komandanlığının helikopteri ilə Hatay şəhərinə gediblər. Onlar şəhərdəki dağıntıları helikopterdən izləyiblər.
Xarici işlər nazirlərini ABŞ-ın Ankaradakı səfiri Cef Fleyk müşayiət edib.
.
