
Azərbaycan və Ermənistan arasında sülh ABŞ üçün prioritet olaraq qalır.
Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel keçirdiyi brifinqdə bildirib.
“Bu iki ölkə arasında sülh bizim üçün, dövlət katibi Blinken üçün prioritet olmağa davam edir və departament bu məsələdə iştirakına davam edəcək”, - Patel deyib.
.