Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili ABŞ-ın Gürcüstandakı səfiri vəzifəsini icra edən Alen Pursell ilə görüşüb.
Bu barədə Gürcüstanın Maliyyə Nazirliyindən bildirilib.
Görüşdə əməkdaşlıq məsələləri və Gürcüstanda iqtisadi vəziyyət müzakirə olunub.
Söhbət zamanı ABŞ Dövlət Departamentinin Baş müşaviri Conatan Askonasın “Tramp marşrutu”nu müzakirə etmək məqsədilə Gürcüstana səfərinə toxunulub.
Tərəflər ABŞ prezidentinin təşəbbüskarı olduğu TRIPP layihəsi də daxil olmaqla regiondan keçən tranzit dəhlizlərini, eləcə də beynəlxalq ticarətin təşviqi və Gürcüstanın bu prosesdəki rolunu da müzakirə ediblər.
Görüşün sonunda tərəflər əməkdaşlıq üzrə gələcək addımlar barədə razılığa gəliblər.
.
