ABŞ Almaniyada öz uzaqmənzilli silahlarının, o cümlədən "Tomahawk" qanadlı raketlərinin yerləşdirilməsi planlarını nəzərdən keçirə bilər.
Bu barədə "Financial Times" (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.
Onlar bunu Amerika hərbçilərinin Almaniya ərazisindən çıxarılması ilə əlaqələndirirlər.
* ABŞ Almaniyadan 5 min hərbçisini çıxarır - Berlindən İLK REAKSİYA
Pentaqon ABŞ-nin Almaniyada uzaqmənzilli zərbə sistemlərini yerləşdirmək planları haqqında 2024-cü ilin iyulunda bəyan etmişdi. ABŞ-nin "SM-6" zenit raketlərinin, "Tomahawk" qanadlı raketlərinin və eksperimental hipersəs silahlarının Almaniyada yerləşdirilməsi barədə razılıq əldə edilmişdi. Onların quraşdırılması 2026-cı ilə planlaşdırılmışdı.
FT-nin məlumatına görə, Avropada 80 minə yaxın Amerika hərbçisi var, onlardan təxminən 36,4 min nəfəri Almaniyadadır. ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların Almaniyadakı hərbi kontingentinin sayını əhəmiyyətli dərəcədə azaldacağını bildirib. O, Almaniyadan çıxarılan hərbçilərin sayının beş min nəfəri keçəcəyini qeyd edib.
.
