ABŞ-də həbsdə olan Rusiya vətəndaşı yaxın günlərdə Rusiyaya qaytarılacaq.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.


O, ABŞ-də həbsdə olan Rusiya vətəndaşının dünən həbsdən azad olunan Amerika vətəndaşı Mark Fogellə dəyilşdirildiyini söyləyib.


“Əvvəllər xəbər verdiyimiz kimi, son vaxtlar iki ölkəsinin müvafiq qurumlar vasitəsilə iş gücləndirilib, əlaqələr olub və bu təmasların nəticəsi Foqelin, eləcə də hazırda ABŞ-da azadlıqdan məhrumetmə yerlərində saxlanılan Rusiya vətəndaşlarından birinin azadlığa buraxılması olub. Həmin Rusiya vətəndaşı da yaxın günlərdə Rusiyaya qayıdacaq”, deyə Kremlin sözçüsü vurğulayıb.
Peskov Kreml nümayəndələrinin Tramp administrasiyası ilə təmaslarının son vaxtlar intensivləşdiyini də söyləyib.
Qeyd edək ki, dünən ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Moskvaya səfər edib. Onun Rusiya rəsmiləri, eləcə də prezident Vladimir Putinlə danışıqlar apardığına dair məlumatlar yayılıb.
Uitkoffun danışıqlarından sonra Moskva Rusiyada narkotik ittihamı ilə 3 il həbsdə olan amerikalı diplomat Mark Fogeli azad edib.

.