2017-ci ildə ABŞ Ukrayna üçün metallurgiya kömürünün qiymətini təxminən üç dəfə qaldırıb.

ABŞ-ın Energetika Nazirliyinin hesabatında bildirir ki, ötən ilin yanvarından martınadək Ukrayna kömürünün 1 tonu üçün 71 dollar ödəyirdi. Bu il isə kömürün qiyməti 1 ton üçün 206 dollara qədər artıb.
Buna baxmayaraq, Ukraynada satınalmaların həcmi artır: ötən ilin ilk ayları ərzində 355,1 min ton, bu il isə 865,7 min ton kömür alınıb.
Bəzi ölkələrdə isə kömürün satınalma qiyməti nəzərəçarpacaq dərəcədə azalıb. Məsələn, Norveç ötən il 1 ton üçün 140 dollar, bu il isə 125 dollar ödəyəcək.
.