Suriyanın şimalında PKK terror təşkilatının nəzarətindəki bölgələrdə 7 hərbi baza quran ABŞ təşkilata daha bir "jest” edib.

Amerika Suriyaya pilotsuz təyyarələr göndərəcək.
İŞİD terror təşkilatına qarşı əməliyyatları bəhanə edərək PKK-ya silah və maddi yardımı əsirgəməyən ABŞ terrorçuları dron cihazları ilə də təmin edəcək.
Pilotsuz təyyarələrin istifadəsi mövzusunda terrorçulara təlim vermək üçün Amerikanın Kobanidəki hərbi bazasına 9 hərbi məsləhətçi də göndərilib.
ABŞ Xarici İşlər Nazirliyi terror təşkilatına hərbi dəstəyin veriləcəyi faktını təkzib etməyib.

.