ABŞ İranın 7 vətəndaşı və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib.
"RİA Novosti” xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında bildirilir.
"Bu tədbirlər kütləvi qırğın silahının yayılmasına qarşı yönəlmiş hökumətin 13382 saylı sərəncamına uyğun olaraq görülüb”, - deyə sənəddə bildirilir.
Sanksiya siyahısına daxil edilən fiziki şəxslər və şirkətlər İranın ballistik proqramına maliyyə, texnoloji və digər dəstək göstərməkdə, habelə kibercinayətlərdə ittiham olunurlar.
.
