ABŞ-ın Çikaqo şəhərində yerləşən yaşayış evlərindən birində baş vermiş yanğın nəticəsində 8 nəfər ölüb.
Yenizaman.az "Fox News"a istinadən xəbər verir ki, onlardan 6-sı uşaqdır.
Yanğın gecə mənzillərdən birində qeydə alınıb. Onun səbəbi hələ ki, məlum deyil. Alov bir saat ərzində söndürülüb. İki bina sakini və bir yanğınsöndürən xəstəxanaya yerləşdirilib.
.
