ABŞ-da "Müsəlmanlar üçün viza qadağası”na etiraz aksiyası keçirilib
Amerika-İslam Əlaqələr Şurası (CAIR) ABŞ Konqresinin qarşısında Ali Məhkəmənin ABŞ prezidenti Tramp tərəfindən irəli sürülmüş "Müsəlmanlar üçün viza qadağası” qərarının Ali Məhkəmə tərəfindən təsdiqlənməsinin 1-ci ilində etiraz aksiyası keçirib.
CNN xəbər verir ki, aksiyada CAIR rəhbərləri və Konqresin ilk müsəlman qadın üzvü İlhan Ömər də iştirak edib.
CAIR-in Əlaqələr Direktoru İbrahim Hooper çıxış edərək bildirib ki, Ali Məhkəmə bu qərarı ləğv etməyənədək mübarizə davam edəcək.
.
